Orta məktəblər üçün növbəti dərs ilinin tətil günləri müəyyən edilib
25.7.2018

Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinin tətil günləri müəyyən edilib.

Təhsil nazirinin imzaladığı müvafiq əmrə əsasən, ümumtəhsil məktəbində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil isə 1 fevral - 14 iyun tarixlərini əhatə edir.

Bundan başqa, dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar).

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).


report.az