Azərbaycan ilk dəfə Beynəlxalq etnik musiqi sərgisində iştirak etmişdir
1.11.2011

Bu günlərdə Danimarkanın paytaxtı Kopenhagen şəhərində təşkil edilmiş Beynəlxalq etnik musiqi sərgisində (World Music Expo) Azərbaycan musiqiçiləri ilk dəfə iştirak etmişlər.
Bu möhtəşəm sərgidə iştirak etmək üçün ayrı-ayrı ölkələrdən ümumilikdə 750 ərizə verilsə də, onlardan yalnız 30-u qəbul olunmuşdur.
Beynəlxalq etnik musiqi sərgisində Azərbaycanı Xalq Artisti Mənsum İbrahimov və “Qarabağ” muğam qrupunun üzvləri – Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Nizami Allahverdiyev (balaban) və Kamran Kərimov (nağara) təmsil etmişlər.
Sərgidə musiqiçilərimizə çıxış etmək üçün 45 dəqiqə vaxt ayrılmışdır. Təmsilçilərimizin çıxışı böyük rəğbətlə qarşılanmışdır.