Azərbaycanda 5 toxum emalı müəssisəsi istifadəyə veriləcək
3.8.2018

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Dövlət Toxum Fondu bu il 2, gələn il isə 3 toxum emalı müəssisəsəni istismara verməyi planlaşdırır.

Bunu fondun sədri Emin Əliyev bildirib.

Onun sözlərinə görə, həmin müəssisələrdə 7 500 ton məhsul saxlamaq mümkün olacaq.

"Azərbaycanın toxuma illik tələbatı 120 min tondur. Yəni bu müəssisələr hesabına yerli tələbatın 5%-ni ödəyə biləcəyik. Gələcəkdə bu nisbət artacaq", - KTN rəsmisi qeyd edib.


report.az