Azərbaycan torpaqlarının “Qırmızı kitab”ı yaradılır
28.1.2013

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) tərəfindən ilk dəfə Azərbaycan torpaqlarının “Qırmızı kitab”ı yaradılır.
Artıq bu məqsədlə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda müəyyən işlər görülmüşdür. İlkin mərhələdə itmiş, mövcud olan və antropogen təsirə məruz qalmış torpaqların hansı kateqoriyaya aid olduğu müəyyənləşdirilmiş və onların qorunub saxlanmasını təmin etmək üçün fiziki, kimyəvi və bioloji diaqnostik göstəriciləri dəqiqləşdirilmişdir.
“Qırmızı kitab” əvvəl bütün respublikanı əhatə edəcəkdir. Sonrakı mərhələdə isə ayrı-ayrı bölgələr üçün “Qırmızı kitab”lar tərtib olunacaqdır.

AzərTAc