Aşıq Hüseyn Bozalqanlının 155 illiyi qeyd ediləcək
7.8.2018

Aşıq sənətinin görkəmli nümayəndəsi, dastançı və “Koroğluxan” aşıq, aşıq ədəbiyyatının dərin bilicisi, görkəmli sənət ustası Aşıq Hüseyn Bozalqanlının anadan olmasının 155 illiyi tamam olur.

Azərbaycan Aşıqlar Birliyinin üzvü Mahmud Əyyublu bildirilib ki, aşığın anadan olması geniş şəkildə qeyd ediləcək.

Aşıq Hüseyn 1863-cü ildə Tovuz rayonun Bozalqanlı kəndində anadan olub. Aşıq Hüseyn Bozalqanlı aşıq ədəbiyyatının və sənətinin dirçəldilməsində, yaşadılmasında misilsiz xidmətləri var. Aşığın dərin irsi tədqiqatçılar tərəfindən öyrənilib və bu ənənə hələ də davam etməkdədir.

Aşıq Hüseyn Bozalqanlının 2018-ci ildə ikicildlik əsəri çap olunub. O dövrün tanımış alimləri və qabaqcıl ziyalıları aşıqla sıx ünsiyyət saxlamışlar. Vəli Xuluflu “Koroğlu” dastanın bir neçə qolunu Aşıq Hüseyn Bozalqanlının söyləmələri əsasında yazıya köçürüb. Azərbaycan Yazıçılar Birliyinə üzv qəbul olunan ilk aşıqdır. O, “Qara Tanrıverdi”, “Nəriman”, “Xanlar”, “Hacı Tağı” dastanlarının yaradıcısıdır.

Sağlığında Əməkdar incəsənət xadimi adına layiq görülən Hüseyn Bozalqanlı 1941-ci il noyabrın 13-də vəfat edib, doğulduğu Tovuz rayonunda dəfn olunub.


azertag.az