“Şərf taxmağın 25 üsulu”
3.11.2011

Bu gün iki min ildən artıq yaşı olan şərf haqqında söhbət açacağıq. Şərf heç də indiki kimi dəbdə olan aksessuar olmayıb. Hazırda şərf dəbpərəstlərin qarderobunda önəmli bir rola malikdir. Onun köməkliyi ilə obrazı tamamlamaq, sifətin rəngini qabartmaq və ya sadəcə özünə və ətrafdakılara sevinc bəxş etmək olar.
Sözsüz ki, şərfi gözəl taxmaq, bu aksessuardan istifadə edərkən özünəməxsus üslubda və zərif görünmək bir incəsənətdir. Bu bacarıq isə hamıda yoxdur. Yeni kolleksiyaların əksərində isə bu aksessuardan məharətlə istifadə edilir. Dizaynerlər şərf alarkən çox gərəkli bir məsləhəti yaddan çıxartmamağı məqbul sayırlar: Hansı rəngdə və ya modeldə şərf almağınızdan asılı olmayaraq o sizin üslubunuzla və ovqatınızla harmoniya təşkil etməlidir. Sizə “Şərf taxmağın 25 üsulu” nu təqdim edirik.

Video