Azərbaycan millisinin futbolçusu Türkiyə klubu ilə müqavilə bağlayıb
8.8.2018

Azərbaycan millisinin futbolçusu Ufuk Budakın Türkiyə çempionatının I liqasında çıxış edən “Boluspor”a keçidi rəsmiləşib.

28 yaşlı sol cinah müdafiəçisi ilə 2 illik müqavilə bağlanılıb. O, bolqarıstanlı Daniel Dimovla birlikdə ictimaiyyətə təqdim olunub. İmza mərasimində fikirlərini bölüşən Budak keçidindən məmnunluğunu ifadə edib: “Bir həftəyə yaxındır buradayam. Çox dinamik və istəkli bir komanda gördüm. Çox yaxşı dostluq mühiti var. Bu həftə ilk matçımızı oynayacağıq. Yaxşı başlayıb, məqdədimizə nail olmaq istəyirik”.

“Boluspor” avqustun 11-də I tur çərçivəsində “Osmanlıspor”u qəbul edəcək.

Qeyd edək ki, ötən mövsüm Türkiyənin “Samsunspor” komandasının formasını geyinən Budak, karyerası ərzində “Manisaspor”, “Kayserispor” və “Qaziantep BB” klublarında da çıxış edib.


report.az