“WhatsApp” “end-to-end” şifrləmə texnologiyasından imtina edəcək
13.8.2018

"WhatsApp" messencerində istifadəçilərin yazışmasında "ent-to-end" şifrləmə texnologiyasından imtina ediləcək. Faktiki olaraq messencerin sahibi olan "Facebook" şirkəti "WhatsApp"ı bu texnologiyadan imtina etməyə məcbur edib.

Rusiya KİV-lərinə istinadla xəbər verilir ki, "Facebook" şirkətinin təsisçisi olan Mark Zukerberq ABŞ hökumətinin sosial şəbəkələrə qarşı belə tələb irəli sürdüyünü deyib.

"End-to-end" şifrləmə texnologiyasından imtina o deməkdir ki, xüsusi xidmət orqanları istifadəçilərin şəxsi mesajlarına maneəsiz müdaxilə edə biləcək. Bu, terror aktlarının qarşısını almağa imkan verəcək.

Proqramın yenilənmiş versiyası 2019-cu ildə çıxarılacaq.


azertag.az