Qoç - Gün sizə xoş xəbərlər, eləcə də bir neçə vacib məsələnin həllinə imkan verən informasiya gətirəcək. Unutmayın ki, vaxtınızı hədər yerə itirmək olmaz: nə qədər zirək tərpənsəniz, nəticə o qədər yaxşı olacaq. Siz başqalarının əvəzinə məsuliyyəti üzərinəzə götürməli olacaqsınız. Bu, asan deyil. Çoxlu narahatlıq və həyəcan gözlənilir. Düzdür, onların əksəriyyəti yersiz olacaq. Yeni şeylər almaq olar. Zövqünüz sizi kosmetika, parfümeriya və interyer əşyaları seçimində yanıltmayacaq.
Buğa - Bu gün vacib və yorucu işlərlə məşğul olmağa dəyməz. Amma aktiv istirahət də məsləhət görülmür. Kiçik səyahət isə maraqlı ola bilər. Ona görə də, yolçu yolda gərək. Xanımlar geyim seçiminə ciddi yanaşmalıdırlar. Əgər evdə qalmağa üstünlük verirsinizsə, böyük qəbullar keçirmək və ya qonaq çağırmaq lazım deyil. Yalnız yaxınlarınızın mühiti ilə kifayətlənsəniz də olar. Məhz onlarla maraqlı söhbətlər gözlənilir. Sizin son vaxtlar narahat edən problemlər öz-özünə yoluna qoyula bilər.
Əkizlər - Cəsarətli işgüzar layihələr, peşəkar fəaliyyətdə dəyişiklik üçün münasib gün deyil. Çalışın, hərəkətlərinizə əlavə diqqət cəlb etməyəsiniz - layiq olsanız belə, təqdir edilməyəcəksiniz. Maddi çətinliklər mümkündür. Bəziləri xeyli maliyyə itirə bilər.Özü də şəxsi maraqları naminə yox. Yaxınlarla münasibət daha gərgin və daha az etimadlı olacaq. Sevdiyiniz insan da istisna deyil - o, bu gün sizə anlayışla yanaşmaq əvəzinə, daha çox ittiham etməyə meylli olacaq. Axşam fəal istirahət üçün münasib deyil. Ən yaxşısı axşamı evdə keçirmək və fiziki yükü minimuma endirməkdir.
Xərçəng - Pozitiv tendensiyaların təsiri güclü olacaq. Amma onlardan yararlanmağa tələsin. Çünki gün ərzində bu tendensiyalar azalmağa doğru gedəcək və axşamadək yox ola bilər. Bu günə istənilən formada görüş təyin etmək olar. Lakin bu görüşlərin hər birinə ciddi şəkildə hazırlaşmaq lazımdır. Hesab və rəqəmlərlərlə iş xüsusi diqqət təoəb eir. Hər şeyi iki, üç dəfə yoxlayın. Çünki gizlənən səhv baha başa gələ bilər. Ən yaxşısı bu işə etibarlı adamın, yaxşı mütəxəssisin cəlb edilməsidir. Gözlənilməz, ona görə də xoş qiymətli hədiyyələr ala bilərsiniz.
Şir - Çox gözəl gündür. Məntiq və sağlam düşüncə sayəsində bütün çətinliklərin öhdəsindən gələcəksiniz. Halbki, bunu emosional, intuasiyasına güvənməyə və daxili səsinə qulaq asmamağa öyrəşənlər edə bilməzlər. Ünvanınıza tənqidlərdən sağlam nəticələr çıxarmaq da faydalı ola bilər. Qayğı və diqqətiniz yaxınlarınız üçün çox xoşh olacaq. Evdə dostluq atmosferi, ailədə dinclik bu gün sizlikdir. İndiyədək qarşı tərəflə ümumi dil tapmaqda çətinlik çəkənlərə bu gün romantik münasibətlər üçün münasibdir.
Qız - Bu günü maraqlı hesab etmək olmaz. Daha çox adi gün olacaq. Hər hansı uğurlar mümkündür. Amma siz gözəl bilirsiniz ki, daha artığına layiqsiniz. Ona görə də bu uğurlarla qane olmayacaqsınız. Amma özünütənqid monoloqlarına qapılmağa dəyməz. Dinləyicilərin onları ciddi qəbul etməsi ehtimalı var. Ən yaxşısı, yeri gəldiecə özünü tərifləməkdir. Sizə laqeyd olmayan insana özünüzü yaxşı tərəfdən göstərə bilərsiniz. Amma bunun üçün yalnız intuisiyanıza qulaq asmalısınız. Bu gün şəxsi həyatınızla bağlı kənar məsləhətlərə qulaq asmayın.
Tərəzi - Siz bəxtə nə qədər inanırsınızsa, uğursuzluq ehtimalı o qədər yüksəkdir. Əgər öz gücünüzə güvənirsinizsə və tər tökərək işləməy əhazırsınızsa, uğur əldə etmək şanslarınız var. Ətrafdakılara kömək etməyə, onları arxanızca aparmağa hazır olun. Sizdən nə qədər çox adam nümunə götürsə, o qədər yaxşı nəticələr əldə edə bilərsiniz. Parlaq emosiyalar, yaddaqalan hadisələr arzulayırsınız. Amma şəxsi həyatınız sizi nə birinci, nə də ikincidə sevindərəcək. Stabilliyin öz faydası var: ən azı gələcək planlarınızı sakit şəkildə ətraflı düşünə bilərsiniz. Həyati potensialınız yüksəkdir. Ona görə də ağır yükdən qorxiayın.
Əqrəb - Günün hadisələri sizə göstərəcək ki, imkanlarınız sərhədsiz deyil. Bu faktı anlamaq sizi çoxlu hədər səy və əməkdən xilas edəcək. Yox, əgər inad sağlam düşüncəyə qalib gəlsə, lazımsız şeylərə nail olmaq üçün xeyli vaxt və güc sərf edəcəksiniz. Müttəfiqlərinizi və həmfikirlərinizi itirirsiniz. Bu, yalnız peşəkar sahəyə yox, həm də şəxsi həyata aiddir. Bəzi münasibətlər sizdən asılı olmayan səbəblər üzündən korlanır. Özünüzü günahlandırmayın. İndi baş verənləri sakit şəkidə analiz etmək çətindir. Amma bir qədər sonra siz vəziyyətə yenidən qayıda və əslində nə baş verdiyini və niyə baş verdiyini anlaya biləcəksiniz.
Oxatan - Əməkdaşlığa başlamaq üçün münasib gündür. Siz düzgün prioritetləri müəyyənləşdirə və reallaşmasının hamıya fayda gətirəcəyi planlar qura biləcəksiniz. Bu gün köhnə işgüzar əlaqələrin bərpası üçün də uğurludur və bu əlaqələr sizin üçün xüsusilə faydalı olacaq. Pul məsələlərində ehtiyatlı olun: onlar qeyri-müəyyən istiqamətə “gedə” bilərlər. Amma sevgidə işləriniz gətirəcək. Şəxsi münasibətlərdə təşəbbüskarlıq - hissləri açıqlamaq və görüş təyin etmək lazımdır.
Oğlaq - Qeyri-adi gündür, gözlənilməz hadisələr, müxtəlif sürprizlərlə zəngin olacaq. Romantik münasibətlərdə dəyişiklik gözməyə dəyər. Bu, daha çox sevgisini etiraf etmək və ya sevdiyi insanın qarşısına evlilik təklifi ilə çıxmaq istəyən Oğlaqlara aiddir. Təbii cazibə sizi pis vəziyyətdə qoymayacaq, yeni tanışlarla ünsiyyətdə problemlərdən ehtiyatlanmaq lazım deyil. Gün iş baxımından da uğurludur. Düzdür, siz özünüzün yox, başqalarının ideyalarını həyata keçirməli olacaqsınız, amma bunun özünə də yaradıcı yanaşmaq lazımdır. O qədər də böyük olmayan mədaxil mümkündür.
Dolça - Uğurlu gündür. Məqsədə çatmaq üçün böyük səylərə ehtiyac yoxdur. Şərait o qədər sürətlə dəyişəcək ki, darıxmağa macal tapmayacaqsınız. Maddi vəziyyətiniz yaxşılaşacaq, qohumlardan maddi dəstək almağınız mümkündür. Gün səs-küylü əyləncə mərasimləri, fəal istirahət üçün münasib deyil. Şəxsi həyatınızda müsbət tendensiyaların təsiri hiss olunacaq. Azacıq səy göstərsəniz, yaxşılığa doğru əhəmiyyətli dəyişikliklər mümkündür. Dostlarınızı başa düşə bilmədiyiniz hərəkətlərə görə qınamayın.
Balıqlar - Çətinliklə yarana bilər. Amma onların hamısının öhdəsindən uğurla gələcəksiniz. Partnyorlar, həmkarlar və həmfikirlərə xüsusi diqqət ayırmaq lazımdır. Vəzifələrin öhdəsindən təkbaşına gəlməyiniz münasibətlərdəki soyuqluğu hiss etdirmir. Amma münasibətləri indi düzəltməsəniz, sonralar çətin vəziyyətlərdə tək qala bilərsiniz. Ağsaqqal qohumlarınız məsləhətləri faydalı ola bilər. Ümumiyyətlə gün başqalarının təcrübəsini dərk etmək, onun əsasında öz mülahizələrinizi formalaşdırmaqla sıx bağlı olacaq.