Yemək istəməyən uşaqlarda olduğu kimi, çox yeyən uşaqlarda da valideynlər, ilk növbədə, səbəbi özlərində axtarmalıdırlar.
Başqa bir məsələ isə hər uşağın özünəməxsus “doyma nöqtəsinin” olması ilə bağlıdır. Ona görə də, bu cür problemlərlə qarşılaşan valideynlər əvvəlcə uşaqlarının həkimləri ilə görüşməli, əgər həkim razılıq verərsə, pəhriz mütəxəssisinə müraciət etməlidirlər. Digər tərəfdən, uşağınızın nə üçün çox yediyini araşdıra, əgər səbəb fiziolojidirsə, uşaq həkiminə, psixolojidirsə, pedaqoqa və ya psixoloqa müraciət edə bilərsiniz…
Əksər analar uşaqlarının iştahasızlığından şikayət edirlər. Ancaq unutmaq olmaz ki, uşağının çox yeməyindən şikayət edən analar da var. Hər şeydən əvvəl deyək ki, bu “çox” sözü valideynlərə görə yox, uşağa və ya uşaq həkiminin rəyinə görə müəyyən edilməlidir. Yemək istəməyən uşaqlarda olduğu kimi, çox yeyən uşaqlarda da valideynlər, ilk növbədə, səbəbi özlərində axtarmalıdırlar. Başqa bir məsələ isə hər uşağın özünəməxsus “doyma nöqtəsinin” olması ilə bağlıdır. Ona görə də, bu cür problemlərlə qarşılaşan valideynlər əvvəlcə uşaqlarının həkimləri ilə görüşməli, əgər həkim razılıq verərsə, pəhriz mütəxəssisinə müraciət etməlidirlər. Bəs çox yeyən uşaqlar üçün başqa nə etmək olar? Aşağıda bütün bunları maddə-maddə sıralamağa çalışaq…
Uşağınız hələ çox kiçikdirsə, yəni özünü ifadə edə bilmirsə, onu bu işdən çəkindirməyə çalışın. Təbii ki, bunu yeməkləri uşağınızın əlindən almaqla yox, gizlətməklə həyata keçirin. Yox, əgər uşağınız böyükdürsə, yəni özünü ifadə edə bilirsə, onun “vəziyyətlə barışmasına” nail olun. Digər tərəfdən, uşağınızın nə üçün çox yediyini araşdırın. Əgər səbəb fiziolojidirsə, uşaq həkiminə, psixolojidirsə, pedaqoqa və ya psixoloqa müraciət edin. Bir şeyi də unutmaq olmaz ki, valideyn uşağın yeməyinə necə gəldi müdaxilə etməməlidir. Çünki hər uşağın fiziki imkanları fərqlidir. Əgər uşağın yeməyinə nəzarət etməkdən söhbət gedirsə, bu, pəhriz mütəxəssislərinin məsləhəti ilə həyata keçirilməlidir. Digər tərəfdən, həyata keçirdiyiniz bu tədbirlərdən tez nəticə gözləmək də təhlükəlidir.
Tarixdə bəşər həyatını dəyişən, insanın məişətində ciddi “redaktələr” edən möhtəşəm kəşflər var. Odun kəşfi, çörəyin kəşfi, kağızın kəşfi, kitabın kəşfi, mühərrikin kəşfi, elektrikin kəşfi, radionun kəşfi, telefonun işıq üzü görməsi, televizorun insan həyatına girməsi, bəşərin kosmosa ayaq açması… və nəhayət kompüter texnologiyası. Xüsusilə də, sonuncunun, yəni kompüter texnologiyasının kəşfi insan həyatına o qədər ciddi təsir göstərib, o qədər dəyişikliklər edib ki, artıq hər səhər yeni bir şey eşitməyə adət etmişik. Hətta bir çoxumuz texniki imkanlara yetişməkdə belə ciddi çətinliklər yaşayırıq. Elə bu sürətli yenilənmələrin fonunda həyatımızın kitab kimi çox mühüm amili müvəqqəti də olsa, axra plana atılıb. Ancaq bir həqiqət var ki, həyat nə qədər yenilənir-yenilənsin, mühit nə qədər dəyişir-dəyişsin, yemək vücudumuzun, oxumaq isə mənəviyyatımızın ən mühüm ehtiyaclarından biri olaraq qalacaq. Ona görə də, həyatımızda kitaba daha geniş yer ayırmalı, onunla davranışı tərbiyə vasitəsinə çevirməli, uşaqlarımıza, gələcək nəsillərə kitab sevgisi aşılamalıyıq.
Xezerxeber.com