"Eurovision 2013" müsabiqəsini kimin aparacağı məlum oldu
29.1.2013

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsinin aparıcısı məlum olub.
İctimai Televiziyaya istinadən verilən məlumata görə, yarışmanı isveçli yumorist və televiziya aparıcısı Petra Mede aparacaq. O, 2009-cu ildə İsveçin ən yaxşı qadın yumoristi seçilib. Nadir yumor məharəti olan bu xanım TV3 kanalında "Petra Mede Şou"nun aparıcısı olub.

Hazırda isə Mede ən məşhur tədbirlərə, konfranslara, televiziya şoularına, konsertlərə aparıcılıq edir.

Milli.Az