Bakı Nəqliyyat Agentliyi (BNA) 49, 50, 64, 136, 160 və 171 nömrəli müntəzəm marşrut xətləri ilə bağlı müsabiqə elan edib.
Bu barədə qurumdan bildirilib.
Məlumatda deyilir ki, daxil olan vətəndaş müraciətləri əsasında həmin xətlər üzrə təhlillər aparılıb və bir sıra çatışmazlıqların olduğu müəyyən edilib. Bunu nəzərə alaraq, qeyd edilən xətlərin müsabiqəyə çıxarılması qərara alınıb. Məqsəd, bu xətlər üzrə sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılmasıdır.
Müsabiqədə iştirak etmək istəyənlər BNA-ya müraciət edə bilərlər.
report.az