Xarici işlər naziri Elmar Məmmədyarov Malayziyanın Azərbaycandakı səfiri Dato Roslan Tan Sri Abdul Rəhmanı diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
XİN-dən verilən məlumata görə, görüş zamanı iki ölkə arasındakı siyasi dialoq və əməkdaşlıqdan məmnunluq ifadə olunub, enerji və iqtisadi sahədə əlaqələrin inkişafında əldə olunan irəliləyişlər xüsusilə qeyd edilib.
E.Məmmədyarov səfirin iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin inkişafına verdiyi töhfələrinin yüksək qiymətləndirildiyini nəzərə çatdırıb.
Səfir Dato Roslan Tan Sri Abdul Rəhmandiplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib və iki ölkə arasında dostluq əlaqələrinin inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.
E.Məmmədyarov səfir Dato Roslan Tan Sri Abdul Rəhmanagələcək fəaliyyətində uğurlar arzu edib.
report.az