Niderland kraliçası Beatriks böyük oğlu Orlean şahzadəsi Villem-Aleksandrın xeyrinə taxt-tacdan imtina edib. Bu barədə Reyter agentliyinə istinadən məlumat verir.
Beatriks qərarı barədə xalqa dövlət televiziyası ilə etdiyi müraciətində bildirib.
Yanvarın 31-də 75 yaşı tama olacaq Beatriks, 1980-ci ildə anası kraliça Yuliananın imtinasından sonra taxt-taca sahib olub.
Şahzadə Villem-Aleksandr Leyden universitetinin tarix fakültəsini bitirib. 2002-ci ildə argentinalı Maksima Sorregyete ilə evlənib. Villem-Aleksandrın 3 qızı var.
APA