Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) vətəndaşları operativ xidmətlə təmin edən “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyasının növbəti ünvanı Abşeron rayonunun Güzdək qəsəbəsi olacaq.
Komitədən bildirilib ki, sakinlər daşınmaz əmlakın bütün növ qeydiyyat xidmətləri ilə bağlı avqustun 20-24-də (bayram günləri istisna olmaqla) saat 09:00-dan 17:00-a qədər Abşeron rayonunun Güzdək qəsəbəsinin Elman Heydərov küçəsində (icra nümayəndəliyinin yanı) fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilər.
azertag.az