Azərbaycan aşpazlarının birinci konqresinin əsas vəzifəsi ölkəmizdə qastronomik turizmi inkişaf etdirməkdir.
Bu sözləri “Boulevard Hotel Baku” və “Absheron Hotel Group” otellərinin baş aşpazı Orxan Muxtarov söyləyib.
O.Muxtarov hesab edir ki, qastronomik tur sadəcə səyahət etməkdən qat-qat maraqlıdır. Axı bu, ənənəvi xörəklərin, şərabların, dünyanın heç yerində təsadüf olunmayan, müstəsna dada malik ayrı-ayrı inqrediyentlərin dequstasiyası üçün yaxşı düşünülmüş tədbirlər kompleksidir. Turizmin hər hansı forması yemək və səyahətin uğurlu vəhdətindən ibarətdir.
O.Muxtarov bildirib ki, tezliklə maraqlı xeyriyyə aksiyası keçiriləcək. Aksiya çərçivəsində uşaq evlərindən və aztəminatlı ailələrdən olan dörd gəncin Türkiyənin ən yaxşı kulinariya akademiyalarında təhsil alması üçün maliyyə vəsaiti toplanacaq.
azertag.az