Gənc müğənni Xocalı soyqırımına mahnı həsr etdi - VİDEO
29.1.2013

Gənc müğənni Ramal İsrafilov yeni klip çəkdirib. Bu dəfə o, Azərbaycanın canlı korifeyi Zeynəb Xanlarovanın repertuarına müraciət edib.

Müğənni, xalq artistinin ifa etdiyi “Qalmaz belə, qalmaz dünya” adlı mahnını ifa edib. Mahnının qəmli motivlərini Ramal “20 yanvar”, “Xocalı soyqırımı” faciələrinə həsr edərək klip çəkdirib. Bu səbəbdən çəkilişin əsas məkanı kimi Şəhidlər Xiyabanı seçilib.

VİDEO


ANS PRESS