"Ferrari" yeni modelini təqdim edir. Yeni model çox məhdud sayda istehsal ediləcək. "Special Limited Edition"nın cəmi 500 ədəd olacaq.
"Ferrari"nin 1984-cü ildən bu yana hər 10 ildən bir məhdud sayda yeni modellər istehsal edir. Yeni modelin dəqiq adı hələ açıqlanmasa da, onun "F50" və "Enzo" kimi xüsusi olacağı gözlənilir. Daha öncədə olduğu kimi "Ferrari" dünya miqyasında araşdırma apararaq bu modeli satın almaq üçün ən uyğun olan 500 nəfəri seçib.
Qaydalar çox sərtdir. Belə ki, alıcının ancaq çox pulunun olması kifayət deyil. Onun qarajında 3, ya da 5 "Ferrari"li sadiq müştəri olması, bu işi ticarətə çevirməməsi kimi kriteriyalar var. Yəni burda alıcı maşını deyil, avtomobil özü alıcısını seçir.
Kodu "F150" olan modelin Avropadakı qiymətinin təqribən 1 milyon avro civarında olması gözlənilir. Bu "ferrari"nin ən yüksək texnogiyalarla təhciz edilən modeli olacaq. İlkin məlumata görə, onda 6.3 lt V12 mühərrik yerləşdiriləcək. İlk dəfə hibrid sistemin istifadə ediləcəyi bir "Ferrari" olacaq "F150"də “HY-KERS” adlı elektrikli bir mühərrik yer alır. "HY-KERS" sayəsində maşının 0-200 km/s sürətini yığma vaxtı 10 faiz daha qısalacaq.
Big.az