“Arşın mal alan” marionet tamaşası nümayiş olunacaq
30.8.2018

Sentyabrın 23-də Bakı Marionet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” marionet tamaşası təqdim ediləcək.

Teatrdan bildirilib ki, tamaşa Üzeyir Hacıbəyliyə həsr ediləcək X Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq.

Tamaşanın quruluşçu-rejissoru və rəssamı Əməkdar incəsənət xadimi Tərlan Qorçudur.

Marionet tamaşası bir çox sevimli müğənni və aktyorlarımızın 1989-cu ildə lentə alınmış bənzərsiz ifası ilə səsləndirilir.


azertag.az