Türk Şurasının növbəti sammiti Azərbaycanda keçiriləcək
3.9.2018

"Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) növbəti sammiti Azərbaycanda keçiriləcək".

"İnterfax"a istinadən verilən xəbərə görə, bunu jurnalistlərə Türk Şurasının baş katibi Bağdad Həmrəyev Qırğız Respublikasının şimalındakı Çolpon-Ata şəhərində keçirilmiş zirvə görüşünün nəticələrini şərh edərkən bildirib.

O, bununla belə, növbəti sammitin tarixini açıqlamayıb.

B.Həmrəyev deyib ki, bu gün Qırğız Respublikasında keçirilən zirvə görüşündə Türk Şurasına üzv ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi istiqamətində bir sıra sənədlər imzalanıb.

Xatırladaq ki, Türk Şurasına Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə daxildir.


report.az