“Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiadanın açılışı olmuşdur
29.1.2013

Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu Bakı şəhəri üzrə orta məktəb şagirdləri arasında “Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiada keçirir.
Yanvarın 29-da 160 nömrəli klassik gimnaziyada olimpiadanın açılış mərasimi olmuşdur. İnstitutun Gənc Alimlər Şurası tərəfindən təşkil edilmiş layihədə paytaxtın 20, 42, 145, 160 və 175 nömrəli orta təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri iştirak edirlər.
AzərTAc xəbər verir ki, mərasimdə Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev məktəblilərə “Neft haqqında nə bilirik” mövzusu ilə bağlı məlumat vermişdir.

AzərTAc