Azərbaycan Milli Elmlər Akademiyası Geologiya İnstitutu Bakı şəhəri üzrə orta məktəb şagirdləri arasında “Dünya gələcək geoloqların gözü ilə” adlı olimpiada keçirir.
Yanvarın 29-da 160 nömrəli klassik gimnaziyada olimpiadanın açılış mərasimi olmuşdur. İnstitutun Gənc Alimlər Şurası tərəfindən təşkil edilmiş layihədə paytaxtın 20, 42, 145, 160 və 175 nömrəli orta təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri iştirak edirlər.
AzərTAc xəbər verir ki, mərasimdə Geologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik İbrahim Quliyev məktəblilərə “Neft haqqında nə bilirik” mövzusu ilə bağlı məlumat vermişdir.
AzərTAc