Lotereya biletlərinin satışı internet və mobil telefon vasitəsilə təşkil olunur
29.1.2013

“Azərlotereya” Açıq Səhmdar Cəmiyyəti (ASC) cari ilin I rübünün sonundan SMS vasitəsilə internetdən, “PayPoint” terminallarından və “Topaz” idman mərc oyunları məntəqələrindən lotereya biletlərinin satışına başlayacaqdır.
ASC-dən bildirilmişdir ki, biletlərin onlayn satışı üçün proqram təminatı hazırlanmışdır. Mart ayında bu xidmət test rejimində işə salınacaqdır.
Biletlərin satışını artırmaq üçün ASC ötən ilin sonunda tender elan etmişdir. “Lotto Yayım”, “Azerinteltek”, “SIP Ltd” şirkətləri tenderin qalibi olmuşdur.

AzərTAc