Azərbaycanın qadın güləşçilərdən ibarət milli komandasının kapitanı Mariya Stadnik “Poland Open" turnirinə qatılacaq.
Federasiyanın mətbuat xidmətindən verilən məlumata görə, 30 yaşlı idmançı sentyabrın 7-də Polşanın paytaxtı Varşavada start götürəcək yarışda mübarizə apacaq. 3 gün davam edəcək turnir Dünya Güləş Birliyinin təqvim planına əsasən Qran Pri seriyasından sayılır.
Qeyd edək ki, Mariya Stadnik. 3 qat olimpiya medalçısı, dünya və 7 qat Avropa çempionudur.
report.az