Qax Damazlıq İpəkçilik Stansiyasında tikinti və yenidənqurma işləri yekunlaşıb
5.9.2018

Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında tikinti və yenidənqurma işləri yekunlaşıb.

Bu barədə stansiyanın direktoru Əkrəm Fətəliyev məlumat verib.

Onun sözlərinə görə, stansiyada ən son texnologiyalar quraşdırılıb və obyekt gələn ilin aprel ayından fəaliyyətə başlayacaq.

Ə.Fətəliyev qeyd edib ki, stansiyanın 3 əməkdaşı Çində təcrübə mübadiləsində olub. Hazırda 2-ci qrupun Çinə göndərilməsinə hazırlıq gedir.


report.az