İran kosmosun tədqiqatında əhəmiyyətli addım atıb. İranın Müdafiə Nazirliyindən verilən açıqlamaya görə, kosmosa meymun göndərilib.
Makaka-rezus cinsli meymun İranın yeni ballistik "Simorq" raketinin başlıq hissəsindəki hermetik biokapsulda idi.
Raket meymunu 120 km yüksəkliyə qaldırıb, sonra isə meymun xüsusi aparatın vasitəsilə aşağı endirilib.
İranın ilk kosmik səyyahı helikopterlə Tehrana gətirilərək jurnalistlərə göstərilib.
İran 2011-ci ildə də kosmosa meymun çıxarmağa çalışmış, amma sınaq uğursuzluqla başa çatmışdı.
Milli.Az