Azərbaycan və Ukrayna universitetləri birgə bakalavr hazırlığına başlayır
6.9.2018

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə Yuri Kondratyuk adına Poltava Milli Texniki Universitet (PMTU) arasında ikili diplomlar proqramı əsasında müştərək bakalavr hazırlığına dair saziş imzalanıb.

Sazişi ADNSU rektoru Mustafa Babanlı və PMTU rektoru Vladimir Onişenko imzalayıblar.

Bununla yanaşı, hər iki rektor PMTU-da Ukrayna – Azərbaycan Mədəniyyət Mərkəzinin açılışında iştirak ediblər.


report.az