Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” keçirilir
7.9.2018

Bakıda “Azərbaycan Rəqabətlilik Forumu 2018” işə başlayıb.

Tədbirə "Fortune 500" qrupuna daxil olan şirkətlər qatılıb.

Jurnalistlərə açıqlama verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktoru Vüsal Qasımlı bildirib ki, qrupun üzvü olan və forumda təmsil olunan 200-dən çox şirkətin ümumi dövriyyəsi 30 trln. ABŞ dollarından çoxdur.

"Bu şirkətlərin əksəriyyəti Azərbaycana sərmayə qoymaq niyyətindədir. Onlarla Bakıda danışıqlar aparılacaq və bu danışıqlar nəticəsində Azərbaycana yeni investisiyalar cəlb ediləcək. Nəticədə Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətliliyi artacaq", - V.Qasımlı qeyd edib.


report.az