Azərbaycanda 3 ayaqlı quzu doğuldu - VİDEO
29.1.2013

Goranboyda 3 ayaqlı quzu doğulub. Qeyri-adi hadisə rayonun Səfikürd kəndində Elzamin İsmayılovun təsərrüfatında qeydə alınıb.

Onun saxladığı qoyunlardan birinin yeni doğduğu quzunun 4 ayaqlı olmaması hamıda heyrət yaradıb. Yerişində və hərəkətində heç bir qüsur olmayan heyvanın sağlamlığı qaydasındadır. Kəndin yaşlı sakinləri bu cür hadisəylə ilk dəfə rastlaşdıqlarını bildiriblər.

Heyvanın sahibi 3 ayaqlı quzunu böyütmək istəyir.

VİDEO

Milli.Az