Azərbaycan müğənnisi Emil Qədirov Soçidə keçirilən “Novaya volna” 17-ci beynəlxalq gənc populyar musiqi ifaçıları müsabiqəsinin xüsusi mükafatına layiq görülüb.
Rusiyanın Soçi şəhərində sentyabrın 4-dən 9-dək davam edən müsabiqədə rusiyalı müğənni Dan Rozin qalib gəlib. Azərbaycan müğənnisi Emil Qədirov Rusiya Dəmir Yolları şirkətinin xüsusi mükafatına layiq görülüb.
Xatırladaq ki, “Novaya volna” müsabiqəsi 2014-cü ildən keçirilir. Bu il müsabiqəyə 10 ölkənin nümayəndəsi qatılıb.
azertag.az