Bavariya krallarının tacı hazırda Almaniyanın Münhen şəhərindəki kral sarayında qorunur.
Lakin bu tacı bəzəyən mavi rəngli möhtəşəm Wittelsbach almazı artıq Almaniyada deyil.
Wittelsbach adlı almazı Qətər əmiri şeyx Həmad bin Xəlifə 80 milyon dollara satın alıb.
Münhenli professor Yurgen Eversin dediyinə görə, 1918-ci ilədək Bavariya krallığının simvolu olan almaz son dəfə 1921-ci ildə kral 3-cü Lüdviqin dəfn mərasimində tacın üstündə idi.
Bundan sonra almaz satışa çıxarılmış, onun yerinə taca isə imitasiya, saxta almaz qoyulmuşdu.
1951-ci ildə Anvers şəhərindəki hərracda açıq şəkildə satılan almazın o vaxtdan bəri dəfələrlə sahibi dəyişmişdi.
Big.az