Bakıda gənc rəssamların qrup sərgisi açılıb
12.9.2018

Art Tover” rəsm qalereyasında “Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə “Start” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların sərgisi açılıb.

Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşıb. Sərgidə 10-dan çox rəssamın müxtəlif mövzulu 40-dək sənət əsəri nümayiş edilir.

Layihənin məqsədi incəsənətin təbliğində gənclərin rolunu artırmaq, onların bu işin təbliğatçısı qismində çıxış etmələrinə dəstək olmaqdır.

“Arts Council Azerbaijan” qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtdırmaqdır. Sərgi bir həftə ziyarətçilər üçün açıq qalacaq.


azertag.az