Güləş üzrə 2019-cu il dünya çempionatı Qazaxıstanın paytaxtdı Astanada təşkil olunacaq.
Bu barədə Qazaxıstan Güləş Federasiyasının vitse-prezidenti Erlan Kojasbay şəxsi "facebook" profilindən paylaşım edib. O, ev sahibliyi ilə bağlı seçimdə Türkiyənin İstanbul şəhərinə qalib gəldiklərini qeyd edib.
Qazaxıstanda keçiriləcək dünya çempionatı həm də 2020-ci il Tokioda Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq. Mundial 2019-cu ildə 14-22 sentyabr tarixlərində baş tutacaq.
Qeyd edək ki, builki dünya çempionatı 22-28 oktyabrda Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək.
report.az