Qoç - emosional gündür. Planlarınızı reallaşdırmaq üçün təkbaşına qala bilməyəcəksiniz. Yaxınlarınız sizdən diqqət tələb edirlər. Vədlər və ya öhdəliklərin bir qismindən imtina olarsa, münaqişə və ya qarşıdurma yarana bilər.
Hansısa problemin həllini tapması istisna deyil. Amma bu həll köhnə münaqişəyə doğru hərəkət və ya düyünün açılması ilə bağlıdır.
Spontan və qəti hərəkətlərə, açıqlamaya hazır olun.
Şərtləri təhlil edin, müəyyən məsələni olduğundan da pis etməmək üçün riskləri ölçün.
Daha sərfəli və vaxta düşərli imkanlara da diqqətlə yanaşın.
Buğa - ciddi işlə məşğul ola bilərsiniz, amma təhlükəsizlik şərtlərinə riayət edin. İnformasiya almaq üçün yeni kanallar yaradın. Əlaqə və təmas vasitələrinizi hifz edin. Daxili gərginliyinizin qeyri-konstruktiv əmələ dönməsinə imkan verməyin.
Ünsiyyət və təmaslar arzuolunmaz yön ala bilər. Sirlərinizi özünüzdə saxlayın, uğurlarınızla fəxr etməyin, sonradan əməl edə bilməyəcəyiniz vəd verməyin.
İş qüvvələrin dəqiq bölgsünü tələb edir.
Yeni, ağır işə başlamayın.
Fiziki iş stressdən qurtulmağa yardım edə bilər.
Əkizlər - münaqişə vəd edən, emosional baxımdan zəngin, problemli gündür. Maliyyə məsələlərində ehtiyatlı olun. Sənədləşdirmədə, müqavilələrin tərtib edilməsi və imzalanmasında diqqətli davranın. Bu gün alış-verişdə böyük məbləğ xərcləməyin.
Nə alsanız, sizə həzz verməyəcək, razılıq hissi yaratmayacaq.
Gün ərzində işləri qaydaya salın, vədləri yerinə yetirin, borcları qaytarın.
Maraqlara, görüşlərə, istirahətə daha çox vaxt ayırın.
Güc yığın, səhhətinizə diqqət yetirin.
Ailədə müzakirə üçün yeni mövzu yarana bilər.
Xərçəng - işdə həmkarlar və ya tərəfdaşlarla ən müxtəlif məsələlərdə fikir ayrılığı yarana bilər. Güzəştə getmək istəmirsinizsə, işinizlə məşğul olun, danışıq və müzakirələri təxirə salın, vacib işləri daha münasib vaxta keçirin.
Əgər nə isə xoşunuza gəlmirsə, situasiyanı gərgin mübarizə olmadan dəyişmək alınmayacaq.
Tədbirlərə qatılın, səhhətiniz üçün faydalı işlər görün, pis fikirləri unudun. İstiqamətin dəyişməsi, yeni marağın peyda olması istisna deyil.
Yaxşı istirahət etmək üçün neytral məşğuliyyət seçin. Oxuyun, televizora baxın.
Həddən artıq aktiv ünsiyyət gərginlik yaradacaq.
Şir - bu gün bir çox situasiyalar nigaranlıq, təlaş və təşvişlə müşayiət olunacaq. Əhvalınızı pozacaq, xəyallarınızı dağıdacaq, planlarınızı dəyişəcək xəbər alacasqınız. Məqsədə aparan yol çətinləşir.
Çalışdığınız insanlardan birinə münasibətiniz dəyişə bilər.
Hadisələrin sürətli inkişafı, emosiyaların gərilməsi nəticəsində ciddi söhbət və hətta münasibətlərin kəsilməsi mümkündür.
Rəqabət güclənəcək, maraqlar toqquşacaq, açıq bəhs başlanacaq. İmkan varsa, tək qalın, iş və planlarınıza qarışmağa, müdaxilə etməyə imkan verməyin.
Qız - bu gün müəyyən işdə uğura nail ola bilərsiniz. Lakin hər şeyi taleyin ümidinə buraxmayın, əməyinizə və zəhmətinizə güvənin. Həyat sizi perspektivləri müəyyənləşdirməyə və əməllərinizi iş yoldaşı, şərik və ya yaxın bildiyiniz insanla razılaşdırmağa vadar edir.
Gördüyünüz iş və ya aldığınız təklif xoşunuza gəlməyə bilər. Amma olandan da artıq qaydasızlıq yaratmayın. Əksinə, işləri sistemləşdirin, təmizləyin, lazımsız ünsürlərdən qurtulun.
Belədə hisslərdə də müəyyənliyə daha tez nail olarsınız.
Təcili olmayan görüşləri təxirə salın. Yaxınlara yardım edin, valideynlər və uşaqların qayğısına qalın. Bu gün onlar üçün də asan deyil.
Tərəzi - gərginlik və nigaranlığınızı pərdələyin. Diqqət mərkəzində olan məsələni arxa plana salmayın. Maliyyə məsələləri və şəxsi münasibətlər bu gün bir müstəvidə qovuşa bilər.
İzafi hissiyat nəzarəti gücləndirmək və təsiri təsdiqləmək istəkləri ilə müşayiət olunacaq.
Bu gün sözlər hisslərin düşməni olacaq. Maraqlarla istəkləri daha münasib vaxta qədər təxirə salın. Müəyyən zamandan sonra gərəkli hadisələr yaşanmağa başlanacaq.
Məramınız nə qədər dəqiq olarsa, onun gerçəkləşdirilməsi üçün bir o qədər az vaxt və əmək sərf etməli olacaqsınız.
Əqrəb - həddən artıq iş görməyə çalışmayın, diqqəti cari və təxirəsalınmaz məsələlərə yönəldin.
Sizə nə qədər qəribə gəlsə də, başqalarında nə qədər çox yaxşı cəhət görsəniz, o başqaları da sizə həmin səviyyədə dəyər verəcək.
Fəallığınız maneələr, təxirəsalmalar, birlikdə çalışdığınız insanların səhlənkarlığı ilə üzləşə bilər.
Anlaşılmazlıqla qarşılaşdığınız anlarda gərginliyin artması ehtimalı çox yüksəkdir.
Yaxın ətrafınızdakı insanlara nə istədiyinizi, nəyi planlaşdırdığınızı mümkün qədər səlis, inandırıcı şəkildə anladın.
İşlərinizdə effektiv olmayacaq təmaslardan yan keçin, çünki baş verənlər üzərində nəzarəti saxlamaq üçün bu gün sürətli və qəti qərarlar verməlisiniz. Çox işə can atmayın. Bu gün üçün prioritetləriniz fərqlidir.
Təfərrüatlar, məqamlar, xırdalıqlar, habelə ətrafdakı insanları dinləmək bacarığı xüsusi önəm kəsb edəcək.
Oxatan - şərtlər və yaxın ətrafınızdakı insanlara təsir imkanlarını əldə saxlayın. Maraq və imkanlar dairəsi genişlənir. Amma təşəbbüs yetərli olmayan bilər. Ümumi işdə, birgə əməkdə maraqlı olan insanları prosesə cəlb edin.
Toplantı, müzakirə, görüşlərə qatılmalısınız. Bütün bunlar gərginliyin artmasına, özünənəzarətin zəifləməsinə səbəb ola bilər.
Axşam saatlarında dincəlin, ruhunuz sərbəst olsun.
Gərginlik və bəzi qohumlarınız, yaxınlarınızın etirazlarına rəğmən, gün uğurludur.
Sizin üçün aktual mövzuları inkişaf etdirməyə imkan tapın.
Oğlaq - gündən razı qalmaq istəyirsinizsə, insana və ya əşyaya yox, məqsədə bağlı olun. İzafi çalışmayın, həddən artıq çalışmayın. Məhz bu gün sizinlə münasibətləri aydınlaşdırmağa çalışanların təxribatlarına uymayın.
Bu gün yeniliklər və dəyişiklikləri tələsdirməyin. Sizə lazım olmayan hiss və ya insandan qurtulmağı təxirə salmayın.
İşlərdə qayda yaradın, hesabları ödəyin, borcları ödəyin.
Rəğbət obyektiniz və ya dostlarla görüşün nəticələrinə əmin deyilsinizsə, toplantını təxirə salın.
Axşam saatlarında özünüzü işlə yükləməyin. Yaxşı dincəlin.
Dolça - bu gün sizə elə gəlir ki, baş verən hadisələrdən bəzilərini çoxdan, xeyli əvvəl yaşayıbsınız və indi həmin olaylara yenidən qatılıbsınız. Bəlkə bütün bunlar əvvəlki səhvləri təkrarlamaq üçün bir sınaqdır?
Maraqlı saydığınız işlə məşğul olmağa tələsin. İnformasiya axtarışı gözləntilərinizin əksinə olan nəticə verə bilər.
Bütün imkanlardan istifadə edin, təxəyyülü işə salın, müxtəlif vasitələri sınaqdan keçirin.
Həmkar və ya yaxın adamlardan birinin seçiminə təsir etmək asan olmayan situasiyalarda yaradıcı yanaşma xüsusilə effektiv ola bilər. İndi çevik, mütəzərrik olun, maneələrin yanından keçin, dəyişən əhvalları nəzərə alın, yaxın ətrafınızdakı insanların nəyəsə tam əmin olmamaları, habelə inad etmələrinin səbəblərini araşdırın.
Ailədə səmimi olun, ünsiyyətdən yayınmayın. Kompüter heç zaman sevgini əvəzləyə bilməz.
Balıqlar - sakit məkanda duruş gətirərək izafi tələskənlik və təlaş olmadan işləməyə çalışın. Problemlərdən çəkinməyin. Çünki getdiyiniz yolda heç bir sədd və maneə yoxdursa, deməli, bu yol heç hara aparmır.
Yeni nə isə düşünməyə tələsməyin. Hansısa işi yarımçıq qoymamaq üçün bütün məsələləri nəzarət altında saxlayın.
Etibarsız insanlar və münaqişələri sevən insanlardan uzaq durun.
Yeniliklər ab-havası var. Amma fikrinizin dağınıq olmasını istəmirsinizsə, kənar təəssüratların sayını bir qədər azaldın. Yalnız nəticəsi aşkar olan əmək sayğıya layiqdir.
Bihudə ideyalarınızı reallaşdırmağa tələsməyin.
Milli.Az