“Birinci akt” mövsümün sonuncu tamaşası olacaqdır
20.6.2011

Yuğ Dövlət Teatrı cari teatr mövsümünü iyunun 25-də A.P.Çexovun “Albalı bağı” pyesi əsasında hazırlanmış “Birinci akt” tamaşası ilə bağlayacaqdır.
Tamaşanın quruluşçu rejissoru mərhum sənətkar Vaqif İbrahimoğlu, quruluşçu rəssamı Rəşid Şərifdir. Janrı futuroloji aksiya kimi müəyyənləşdirilən tamaşada P.Çaykovskinin “İlin çağları” musiqisindən istifadə olunmuşdur.
Qeyd edək ki, teatrda yeni tamaşalar üzərində məşqlər də davam etdirilir. Gənc rejissor Aytən Məmmədova Y.Onilin “Qarağaclar altında məhəbbət” əsəri əsasında “Kölgə” adlı tamaşa hazırlayır. Tamaşa üzərində məşqlər yekunlaşmaq üzrədir. Mövsümün sonunda tamaşaya daxili baxış keçirildikdən sonra premyeranın vaxtı dəqiqləşəcəkdir.