Astanada Nizami, Nəsimi və Füzuli yaradıcılığı haqqında kitab nəşr olunub - FOTO
30.1.2013

Qazaxıstanın paytaxtı Astanada Vidadi Salahov və Kalimaş Beqalinovanın həmmüəllifi olduğu “Böyük Azərbaycan mütəfəkkirləri Nizami, Nəsimi və Füzulinin yaradıcılığı" kitabı rus dilində nəşr edilib.

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, kitabın rəyçiləri Azərbaycandan akademik Kamal Abdullayev, Qazaxıstandan Dostmuhammet Nur-Ahmet və akademik Kazbek Kaskenovdur.

Toplu "Azərbaycanın tarixi keçmişindən səhifələr", "Nizami Gəncəvi yaradıcılığı mənəvi mədəniyyətin və incə hisslərin vəhdəti kimi", "İmadəddin Nəsimi Azərbaycan mədəniyyətində hürufiliyin ifadəçisi kimi", "Məhəmməd Füzuli Azərbaycan poeziyasının parlaq nümayəndəsi kimi" fəsillərinə bölünüb. Kitab universitetlərin filologiya fakültələrində dərs vəsaiti kimi də istifadə olunacaq.

APA