Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında yeni mövsümün açılışı olub
19.9.2018

Sentyabrın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən konsertlə yeni mövsümün açılışı olub.

Dövlət Estrada-Simfonik Orkestrinin konserti Milli Musiqi Gününə həsr edilib.

Konsertdə respublikanın Əməkdar artistləri Xəyyam Mustafazadə, Aygün Zeynalova, Xalq artisti Gülyanaq Məmmədova və digər müğənnilər çıxış ediblər. Onların ifasında Azərbaycanın görkəmli bəstəkarları Üzeyir Hacıbəyli, Arif Məlikov, Rauf Hacıyev, Niyazi və Müslüm Maqomayevin əsərləri, habelə xalq mahnıları səsləndirilib.


azertag.az