"ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən bir qrup könüllü Bakı Mühəndislik Universitetində (BMU) olub.
BMU-nun tədris və laboratoriya resursları, həmçinin texnoparkı ilə tanış olan könüllülər universitetin mexanika və kimya mühəndisliyi laboratoriyalarında müşahidələr aparıb, buradakı müxtəlif təyinatlı cihazların iş prinsipi ilə maraqlanıblar.
Texnoparkın direktor müavini, dosent İsa Qasımovun təqdimatında işgüzar həyatda uğur qazanmağın yolları ilə bağlı metod və tövsiyələr dinlənilib.
Qeyd edək ki, bu cür fəaliyyətlər könüllülərin fərdi inkişafına yönəlmiş yanaşmaları əks etdirir. İşgüzar gəzinti və görüşlərdən məmnun qalan "ASAN xidmət" könüllüləri gələcəkdə Texnoparkla yaxından əməkdaşlıq etmək istədiklərini bildirdilər.
azertag.az