Sabah Aşuradır
19.9.2018

Sabah, sentyabrın 20-də Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunacaq.

Hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədi ilə könüllü qanvermə aksiyaları keçiriləcək.

24 rayonda (28 yerdə) nəzərdə tutulan qanvermə aksiyasının 20-si məscidlərdə, 8-i isə Mərkəzi Xəstəxana şəraitində olacaq.

Aksiyalar səhər 9:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.

Məlumat üçün bildirək ki, Məhəmməd peyğəmbərin (s) nəvəsi imam Hüseyn (ə), onun ailə üzvləri və tərəfdarları Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada şəhid ediliblər.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Məhərrəm ayının başlanması ilə bağlı verdiyi fətvaya əsasən, Məhərrəmlik mərasimləri İmam Hüseynin (ə) şəninə uyğun və amallarına yaraşan tərzdə qeyd edilməlidir. Mövcud qanunvericiliyə əsasən, təziyə məclisləri məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə təşkil olunmalı, ictimai asayişə mane olmamalıdır. Dini mərasim və ayinlər yalnız QMİ-nin rəsmi şəkildə təyin etdiyi din xadimləri tərəfindən idarə edilməlidir.

İbadət məkanlarından kənar ərazilərdə kütləvi yürüşlərə çıxmaq, özünə və ətrafdakılara xəsarət yetirə biləcək alətləri, başqa ölkələrin bayraq və digər dövlət rəmzlərini mərasimlərə gətirmək yolverilməzdir. Əzadarlıq mərasimlərində dinimizin təyin etdiyi əxlaqi meyarlara riayət olunmalıdır. Soyunmaq, zəncir vurmaqla bədənə xəsarət yetirmək və baş yarmaqla qan çıxarmaq İslam qanunlarına ziddir və İmamin, Kərbəla şəhidlərinin xatirəsinə hörmətsizlikdir. Eləcə də, təziyə məclislərində uşaqların iştirakı qeyri-məqbuldur.

Xatırladaq ki, Miladi təqvimi ilə sentyabrın 11-i Məhərrəm ayı başlayıb. Oktyabrın 11-də başlayacaq Səfər ayı Miladi təqvimi ilə noyabrın 8-də başa çatacaq.

Qanvermə aksiyalarının keçiriləcəyini ünvanlar aşağıdakı kimidir:

Şəhər, rayon2018-ci il təklif olunan yerlərin sayıQanvermə aksiyasının keçirilməsi üçün təklif olunan yerlərÜnvan
1.Binəqədi1-İmam Əli məscidi6-cı Mik.Rayon M.Məmmədxan k.3215-ci məhəllə
2.Xəzər2-14saylı Birləşmiş şəhər xəstəxanası,- Mir Möhsün ağa ziyarətgahı- Buzovna qəs. R. Axundov küçəsi 2- Şüvəlan qəs. A. ildırım küçəsi 1
3.Nəsimi2- Əjdərbəy məscidi (Mərasim zalı)- 20 saylı şəhər paliklinikası- S. Vurğun küçəsi 78- 3-cü mikrorayon, Cavadxan küçəsi 22.
4.Nizami1- Şah Abbas məscidi- Keşlə qəs. M. Hilal küçəsi 18
5.Sabunçu1- Rəhimə xanım ziyarətgahı- Nardaran qəs. M. F. Axundzadə küç.107
6.Səbail2- Bibiheybət məscid ziyarətgahı.- İçəri şəhər Cümə məscidi- Bibiheybət yolu 2- İçəri şəhər, Asəf Zeynallı küçəsi 49
7.Suraxanı1- Qaraçuxur məscidi- Qaraçuxur qəs. Ə. Mehbalıyev keç. 58
8.Yasamal2- Təzəpir məscidi- Hacı Soltanəli məscidi- M. F. Axundov 7- S. Əskərov küç. 75
9.Gəncə1- İmamzadə kompleksi- Atabəylər prospekti 230
10.Lənkəran1- Böyük bazar məscidi- Hacılar küçəsi 1
11.Mingəçevir1- Heydər məscidi- Aydın Məmmədov 53
12.Sumqayıt1- Sumqayıt şəhər Cümə məscidi- Sahil küçəsi 5
13.Şəki1- İmam Əli məscidi- Şəki ş. Pişəvəri küç. 4
14.Şirvan1- Mərkəzi Qan bankının Şirvan bölməsiHeydər Əliyevprospekti 16
15.Ağcabədi1- Ağcabədi ray. Mərkəzi xəstəxanası- Hüsü Hacıyev küç. 104
16.Ağsu1- Ağsu ray. Mərkəzi xəstəxanası- M. Rəsulzadə küç. 172
17.Beyləqan1- Beyləqan ray. Mərkəzi xəstəxanası- Sevil Qazıyeva küç 21
18.Bərdə1- Bərdə İmamzadə- Nüşabə küç. 34
19.Biləsuvar1- Biləsuvar ş. Cümə məscidi- Nizami küç. 55 a
20.Cəlilabad1- Cəliabad ray. Mərkəzi xəstəxanası- Mehdi Hüseynzadə küç. 82
21.Göyçay1- Əbülfəzlil – Abbas məscidi- N. Nərimanov küç. 70
22.Xaçmaz1- Xaçmaz şəhər məscidi- 20 yanvar 34
23.Quba1- Mərkəzi qan bankının Quba bölməsi- Fətəli xan küç. 10 c
24.Masallı1- Masallı şəh. Cümə məscidi- Fizuli küç. 1


report.az