Azərbaycanlı rəssamın əsərləri Sen-Tropedə sərgilənəcək
20.9.2018

Gənc rəssam Məryəm Ələkbərlinin əsərləri Fransanın Sen-Trope şəhərində sərgilənəcək.

Galerie JLM qalereyasında gənc rəssamın beş əsəri təqdim olunacaq.

“Voiles de Saint-Tropez” yelkənli qayıq yarışlarını izləmək üçün dünyanın müxtəlif ölkələrindən Fransaya gələcək səyyahlar oktyabrın 4-də Məryəm Ələkbərlinin vernisajında iştirak etmək və onun əsərləri ilə tanış olmaq imkanı qazanacaqlar.

Əsərləri dünyanın bir çox ölkələrində nümayiş olunmuş, Jerar Depardye, Maykl Duqlas, Con Travolta kimi böyük kolleksiyaçıların qəlbini fəth etmiş gənc azərbaycanlı rəssamın əsərləri cari ilin dekabr ayında ABŞ-da keçiriləcək “Aqua à l'Art Basel de Miami” sərgisində də nümayiş olunacaq.


azertag.az