Avropada dondurma bayramı keçiriləcəkdir
30.1.2013

Martın 24-də Avropada dondurma bayramı keçiriləcəkdir. Bayramın keçirilməsi ideyası Avropa Parlamenti tərəfindən bəyənilmişdir. Həmin gün kafelərdə müxtəlif növdə, o cümlədən məxsusi olaraq bayram üçün hazırlanmış dondurmalar təklif ediləcəkdir.
Bayramda ümumilikdə 50 mindən çox müəssisənin iştirak edəcəyi gözlənilir.