Azərbaycanın qadın şahmatçıları 43-cü Ümumdünya Şahmat Olimpiadasında İordaniyanı məğlub edib
25.9.2018

Qadınlardan ibarət Azərbaycanın əsas milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasının I turunda İordaniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma Azərbaycan millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb. Bütün şahmatçılar öz görüşlərini qələbə ilə başa vurublar.

Azərbaycan - İordaniya - 4:0

Zeynəb Məmmədyarova (2358) - Odeh Aseel (1647) - 1:0

Xanım Balacayeva (2326) - Alnaymat Raya (1676) - 1:0

Gülnar Məmmədova (2355) - Alşaebi Razan (1712) - 1:0

Ülviyyə Fətəliyeva (2320) - Qayda Alattar (1926) 1: 0

Qeyd edək ki, kişilərdən ibarət əsas milli komanda isə ilk turda Beynəlxalq Fiziki Məhdudiyyətli Şahmat Assosiasiyasının (İPCA) kollektivini 3:1 hesabı ilə üstələyib.


report.az