Şəkər xəstəliyinin dərmanı açıqlandı
26.9.2018

Tokionun Toho Universitetinin tibb fakultəsində aparılan bir araşdırmada yuxusuzluğun 2-ci tip diabet riskini artırdığı təyin olundu. İsveçdə 15 il davam edən araşdırma isə, kəpəkli qidaların diabetin qarşısını aldığını göstərdi.

Dünyada 450 milyon diabet xəstəsi var. Dərmanla yanaşı həkimlərin ən əhəmiyyətli tövsiyəsi sağlam həyat tərzidir. İki yeni araşdırma şəkər xəstəliyi riskinin necə aşağı salına biləcəyinə dair məlumatlar təqdim etdi.

Yaponiyanın paytaxtı Tokioda yerləşən Toho Universitetinin tibb fakültəsində aparılan araşdırmada, bir gecəlik yuxusuzluğun belə diabet riskinin aşkar formada artmasına səbəb olduğu təyin olundu.

Araşdırma siçanlar üzərində keçirilib. Yuxusuz qalan təcrübəlik siçanların təzyiqi yüksəldi. Yüksələn bir başqa dəyər də qaraciyərlərindəki triqliserid səviyyəsi oldu. Triqliserid qanda olan yağlardan biridir. Qandakı triqliserid səviyyəsinin artması, diabetə səbəb olan insulin müqavimətini də xəbərdar edə bilər. Yuxusuzluq eyni zamanda siçanların maddələr mübadiləsisindəki qaraciyər fermentlərində də dəyişikliyə səbəb oldu.

Araşdırmada hər gün nizamlı olaraq kəpəkli qida (çörək, sıyıqlar) istehlak edənlərin, 2-ci tip diabetə tutulma riskinin xeyli aşağı olması müəyyən olundu.


Saglamolun.Az