“MeCam” kiçik qapaq ölçüsündə kameradır və o, 1-4 saat ərzində 720 piksel təsvir ölçüsündə video çəkməyə “qadirdir”.
Kamera infraqırmızı lampalarla təchiz edildiyinə görə işıqlandırma ilə bağlı problem olmayacaq və videonun keyfiyyəti pisləşməyəcək.
Kameradan, həmçinin 5 meqapiksel təsvir ölçüsündə fotoaparat kimi istifadə mümkündür. Kamera qara, ağ, çəhrayı, yaşıl və mavi rənglərdə əlçatandır.
Kameranın qiyməti daxili yaddaşdan asılı olaraq 50-70 dollar təşkil edir. “MeCam” kamerasını geyimə bərkitməklə ətrafda baş verənləri çəkmək mümkündür.
Big.az