Azərbaycanda ilk üzən günəş elektrik stansiyasının tikintisi üzrə işlərin 2021-ci ilin martınadək başa çatdırılması planlaşdırılır.
Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat veriblər.
Layihə Böyükşor gölündə üç ədəd 100 kilovatlıq fotovoltaj sisteminin quraşdırılmasını, eləcə də bu sahədə özəl sektorun inkişafının təşviqi məqsədilə biznes modellərinin yaradılmasını nəzərdə tutur.
Qeyd edək ki, “Floating Solar Energy Development” adlı layihə bu ilin avqustunda Asiya İnkişaf Bankının İdarə heyəti tərəfindən təsdiqlənib.
Bir müddət əvvəl bildirilmişdi ki, Azərbacanda ilk üzən günəş elektrik stansiyasının tikintisinin dəyəri 100-200 min dollar təşkil edəcək.
trend.az