Soyuq havada üz dərisinə qulluq necə olmalıdır?
1.10.2018

Soyuq hava üz dərimizə mənfi təsir edir. Dəri quruyur, qabıq verir, çatlayır.

Bunların qarşısını almaq üçün soyuq mövsümlərdə dəriyə düzgün qulluq etmək lazımdır.

- Əgər isti havada biz daha tez-tez nəmləndirici kremlərdən istifadə edirdiksə, soyuq havada əsas rol qidalandırıcı kremlər oynayır. Qədim zamanlarda soyuq havada dərini qorumaq üçün qadınlar qaz piyindən istifadə edirdilər.

- Qidalandırıcı kremləri dəriyə evdən çıxdıqdan ən azı 1 saat əvvəl çəkmək lazımdır. Əks halda dəri daha da quruyacaq. 20 dəqiqədən sonra kremin qalıqlarını salfetlə silin.

- Qışda toz şəklində olan pudralardan istifadə etməyin, krem-pudralardan və tonal kremlərdən istifadə edin. Toz şəklində olan pudra dərini qurudur.

- Qışda dodaqların dərisi də əziyyət çəkir - quruyur, çatlayır. Bu səbəbdən çölə çıxdıqdan əvvəl dodaqlarınıza yağlı pomada çəkin.

- Qışda skrablardan və pilinglərdən daha az istifadə edin. Dəriniz yağlıdırsa həftədə 1 dəfə, qurudursa 2 həftədən bir skrab istifadə edin. Soyuq fəsillərdə dərini mümkün qədər qorumaq lazımdır.

- Qışda dərinin vəziyyətinə həm soyuq hava, həm də istilətmə sistemləri mənfi təsir edir. Kondisionerlər, sobalar evin havasını qurudur və bu da ilk növbədə dəriyə mənfi təsir edir. Bu vəziyyətdə daha çox maye qəbul etməyə və evin havasını nəmləndirməyə çalışın.

- Dəriniz çox qurudursa, üzünüzü su ilə yumayın. Xüsusi kosmetik süddən istifadə edin.

- Həftədə 2 dəfə qidalandırıcı maskalar edin.


Saglamolun.Az