Əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə apardıqları əməliyyatların məbləği 26% artıb
1.10.2018

Bu ilin avqust ayında əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə apardıqları əməliyyatların məbləği ötən ilin eyni dövrü ilə müqayisədə 39% artaraq 141 mln. manat təşkil edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) hazırladığı “İxrac icmalı”na istinadən xəbər verilir.

Yanvar-avqust aylarında isə əcnəbilərin Azərbaycanda bank kartları vasitəsilə apardıqları əməliyyatların məbləği illik müqayisədə 26% artaraq 888 mln. manata çatıb.

Qeyd edək ki, 8 ay ərzində Azərbaycana dünyanın 193 ölkəsindən 1 976,9 min nəfər və yaxud illik müqayisədə 8,5% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.


report.az