Azərbaycan adambaşına düşən ÜDM artımı üzrə dünya liderləri siyahısında yer alıb
2.10.2018

Azərbaycan adambaşına düşən ÜDM artımı üzrə 11 lider ölkənin yer aldığı siyahıda ikinci yeri tutub.

Bu barədə "McKinsey Global Institute"un son 20 il ərzində illik ÜDM artımı 5 faizdən çox olan ölkələrin siyahısının dərc olunduğu hesabatında deyilir.

"McKinsey Global Institute"un məlumatına görə, 1996-2006-cı illər aralığında Azərbaycanda adambaşına düşən real ÜDM artımı 8,2% təşkil edib. Bu baxımdan siyahıda birinci yeri 8,9 faizlik artımla Myanma tutub.

Siyahıda həmçinin Belarus, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Hindistan və digər ölkələr yer alıb. Azərbaycan MDB ölkələri arasında lider olub.



report.az