Qoç - gün ərzində əhvalınızı pozmağa çalışan adamlar olacaq. Onların səylərinin reallaşmasına imkan verməyin. İntizama nail olun, işdə əlavə və yersiz tələbləri rədd edin.
Siz öz işinizi görməlisiniz: əgər əlavə iş tapşırırlarsa, haqqı ödənməlidir.
Əmək mütləq dəyərlənməlidir.
Qayda və işlərin düzgün təşkilatı hadisələrin axarına düzgün təsir göstərmək üçün mütləq şərtdir.
Zahirən maraqlarınızı yeni obyektlərə yönəldin, amma köhnə və həmişəki obyektləri əsla diqqətdən yayındırmayın.
Dostlarla görüşmək, onlarla birlikdə müəyyən vaxt keçirmək olar.
Şəxsi müstəvidə münasibətləri istədiyiniz istiqamətdə inkişaf etdirmək istəyirsinizsə, tərif deyin.
Axşam saatlarında romantik olun.
Buğa - informasiya üçün əlverişli gündür. Yaxşı olar ki, günü əlahiddə, çox mühüm dövr kimi qəbul etməyərək adi yaşamı davam etdirəsiniz.
İşlərdə qayda yaradın, nizama nail olun.
Kimsə sizdən diqqət izharı gözləyirsə, həmin adama zəng vurun. Məktublara cavab verin, heç nəyi yarımçıq saxlamayın.
Axşam saatlarında ciddi problemlərin həllinə çalışmayın. Təmaslarda sərbəst, azad olun.
Əkizlər - bilirsinizmi ki, xəyallarınız və fantaziyalarınız heç də əsassız deyil?! Onlar sizi orijial həllə yaxınlaşdırır.
Səhər saatlarında ailənin yaşlı üzvləri ilə söhbətlərdə sərt davranmayın, mübahisə etməyin. Mühüm məsələlərin həllini təxirə salın, söhbəti neytral mövzuya yönəldin.
Günü ünsiyyətə, görüşlərə, xəbər və planların mübadiləsinə həsr edin.
Maraqlandığınız, sizin üçün önəmli məsələlərlə bağlı mümkün qədər çox informasiya əldə etməyə çalışın. Amma kimsəyə vəd verməyin, yekun qərarlar qəbul etməyin.
Axşam saatlarında aktiv istirahəti seçin.
Xərçəng - Ay, Merkuri və Marsın kurslarındakı dəyişkiliklər planlarınızın reallaşmasını bir qədər dayandıra, təxirə salan bilər. Situasiyaya uyğun hərəkət edin. Planlaşdırdığınız işlə məşğul olmursunuzsa, deməli, belə gərəkdir.
Hadisələrin yolladığı siqnallara, qısa ismarıclara fikir verin.
Bu gün yaranan mövzular sonradan ay boyunca inkişaf edə bilərlər. Hətta qeyri-müəyyən situasiyada müdrik davranmağa çalışın.
Evdə qayda yaradın.
Şəxsi münasibətlər üçün yaxşı gündür.
Şir - bu gün sizə maraqlı olan insanların yanında olmağa çalışın. Gələcəklə bağlı ümumi planları müzakirə edin.
Günü cari öhdəliklərin yerinə yetirilməsinə və planlaşdırılan işin görülməsinə sərf edin.
Yaxın adamların istəklərini nəzərə alın, yardım istəyənə rədd cavabı verməyin.
Ev üçün alış-veriş edə bilərsiniz.
Axşam saatları həyat ritmini dəyişəcək, yaxın gələcəklə bağlı situasiyanın özülü funksiyasını yerinə yetirəcək.
Əyləncə, görüş və təmaslar yeni emosiyalar bəxş edəcək.
Ətrafdakı dəyişikliklər barədə düşünün.
Qız - gələcək həftəyə hazırlaşın. Səhər saatlarında əsas işləri yerinə yetirməyə, problemləri çözməyə başlayın. Xarici görkəminizə diqqət ayırın.
Alış-verişdə simiclik etməyin.
İmkan yaranarsa, işlə bağlı problemlərin həllinə daha çox diqqət ayırın. Maraqlarınızı bölüşən və ya bölüşməyə hazır insanlar sizinlə əlaqə saxlaya bilərlər.
Axşam saatları yaradıcılıq üçün əla vaxtdır. Sevdiyiniz insanla birlikdə olun, heç olmazsa, onunla əlaqə saxlayın.
Tərəzi - mümkün qədər çox öhdəlikləri yerinə yetirərək yaranan çətinlikləri təkbaşına çözməyə can atmayın. Yaxın insanlara inansanız, onlara etibar etsəniz, yaranan problemləri asanlıqla həll etmək olar.
Yaxın ətrafınızdakı insanlarla səmimi olun. Belədə münasibətlərdəki harmoniya pozulmaz.
Ehtiyac duysanız, inandığınız insanlara yardım üçün müraciət edin.
Əgər kiminsə yardıma ehtiyacı varsa, ona kömək edin.
Həmin adam yaxşılığınızı unutmayacaq.
Axşam saatları əyləncə və ünsiyyət üçün əlverişlidir. Emosiyalarınızı sakitləşdirin.
Əqrəb - neytral gündür. Ağır keçən dünənki gündən sonra tempi bir qədər aşağı salaraq çalışmaq olar. Ünsiyyəti intensivləşdirməyin, təcili olmayan işlərlə özünüzü yormayın.
Yaxın gələcəkdəki fəaliyyətinizi düşünün.
Ev, ailə üçün faydalı iş pis olmaz.
Axşam saatlarında maraq və əyləncələriniz üçün vaxt tapın. Yeni fikir, istək, tələb doğula bilər.
Əylənin, dincəlin.
Oxatan - güc, qüvvə və yeni ideyaların axınına rəğmən, yeni layihə formalaşdırmağa tələsin. İllah da ki, işlə ev arasında qalıbsınız. Yaxın ətrafınızdakı insanların indiyədək bələd olmayan yönləri ilə qarşılaşa bilərsiniz. Əməkdaşlığı rəvan məcraya yönəltmək imkanı var. Şəxsi münasibətlərdə kölgəli məqamlar aydınlaşacaq.
Alış-verişdə bədxərclik etməyin, zahiri görkəminizə diqqət yetirin.
Yaxınlarınız məişət xırdalıqları ilə sizə maneələr yarada bilərlər. Amma həmin işlərə yaradıcı yanaşın.
Yazışma, hansısa səbəbdən uzun müddətdən bəri əlaqə saxlaya bilmədiyiniz insanla təmas pis olmaz.
Oğlaq - qarşılıqlı münasibətlərın mürəkkəb toru bu gün nigaranlıq səviyyəsini artıracaq. Şüur, əsəb və vücudunuzun təbdən çıxmaması üçün emosional olmayın.
Günün ilk yarısındakı görüş, danışıq, təmas sakitliklə yanaşı, gözlənti verə bilər.
Enerjiniz çox olarsa, onun üçün çıxış yolu tapın.
İdeyalarınız üçün yeni məkan yaradın, yeni əlaqələr və ümumi planlar formalaşdırın. Güclü maqnetizm həyatınıza elə bir insanı cəlb edəcək ki, təxəyyülünüz lərzəyə gələcək.
Əsas məsələ bu gün əsas orientirləri itirməməkdir.
Dolça - gündəlik həyat çayının sürətli axını qəflətən dalğalana bilər və bu zaman parlaq görüş, həyəcan, emosiyalar olacaq.
Nə isə sizi narahat edirsə, gərəkli anın çatmasını gözləyə bilməyib kəmhövsələlik etməyin.
Prioritetləri dərhal müəyyənləşdirin. Təbii, bir neçə istiqamətdə də uğur qazanmaq olar. Amma belədə ailə, dostlar və maraq obyektlərinə vaxt qalmayacaq.
Asudə vaxtınıza başqalarının əmr və göstərişlər verməsinə imkan verməyin. Hazır olmadığınız, maraqlanmadığınız işlərə qarışmayın.
Axşam saatlarında yaxşıca istirahət edin.
Balıqlar - bu gün Ayın orbitində cüzi dəyişkənliklər olmadığına görə effektiv zaman günün ikinci yarısıdır.
Günə isə adi işlər, ailə ilə ünsiyyət, yaxınlara və dəyər verdiyiniz adamlarla diqqət, təmaslarla başlayın.
Gündəlik işlərlə məşğul olun, ekstravaqantlıq etməyin.
Günün ikinci yarısında nəyisə dəyişmək, yeniliklər etmək olar.
Ehtiyac olarsa, axşam saatlarında mühüm tədbirə, görüşə, danışığa qatılmaq olar.
Şəxsi münasibətlərdə orijinallıq və fantaziya nümayiş etdirin. Bu, bağlı olduğunuz insanın sizə marağını daha da artıracaq.
Milli.Az