Azərbaycan ərazisində növbəti iki gündə müşahidə olunacaq hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, oktyabr ayının 3-4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi gözlənilir: “Mülayim çənub-şərq küləyinin üstünlüyü müşahidə olunacaq”.
G.Məmmədova qeyd edib ki, növbəti 2-3 gün ərzində havanın temperaturu 23-27 dərəcə arası dəyişəcək.
Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisinin əksər rayonlarında hava şəraitinin sabit və yağmursuz keçəcəyi gözlənilir: “Lakin ayın 3-dən etibarən bəzi şimal və qərb rayonlarında qısamüddətli yağış yağacağı ehtimal olunur”.
report.az